Bank Of Baku

Sarkozinin müşaviri: “Avropa EFSF-yə investisiyaların müqabilində Çinə siyasi və iqtisadi güzəştlərə getməyəcək”

Sarkozinin müşaviri: “Avropa EFSF-yə investisiyaların müqabilində Çinə siyasi və iqtisadi güzəştlərə getməyəcək”
# 31 oktyabr 2011 14:52 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Maliyyə Sabitliyi Fonduna (EFSF) investisiyaların müqabilində Avropa Çinə siyasi və iqtisadi güzəştlərə getməyəcək. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu bəyanatla Fransa prezidenti Nikola Sarkozinin müşaviri Anri Geno çıxış edib.

Onun sözlərinə görə, Çinlə danışıqlarda hər hansı güzəşt variantı istisna olunur: “Əgər Çin EFSF-yə investisiyalar yatırarsa, dünya iqtisadiyyatında sabitliyin təmin olunmasında mühüm rol oynayacaq”.

Analoji bəyanatı Avropa Qrupunun prezidenti Jan Klod Yunker də səsləndirib: “Danışıqlarda kəskin siyasi məsələlərə toxunulmayacaq, “sən mənə, mən sənə” modeli tətbiq olunmayacaq”.

Qeyd edək ki, ötən həftənin istirahət günlərində EFSF prezidenti Klaus Reqlinq Pekində səfərdə olaraq, Çin rəsmiləri ilə danışıqlar aparıb. Lakin danışıqlar uğursuzluqla nəticələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR