Bank Of Baku

Yaxın 4 ildə Azərbaycanda minimal əmək haqqı 65% artacaq

Yaxın 4 ildə Azərbaycanda minimal əmək haqqı 65% artacaq
# 01 noyabr 2011 07:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda 2015-ci ildə minimal əmək haqqının həcminin 2011-ci ilə nisbətən 65% artacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisinə baxılmaq üçün təqdim edilən 2012-ci il dövlət büdcəsinin layihəsində bildirilir.

Layihədə qeyd olunub ki, əgər 2011-ci il üçün ölkədə minimal əmək haqqı 85 manat həcmində təsdiq edilibsə, 2012-ci ildə bu göstəricinin 10% artaraq 93,5 manata çatacağı gözlənilir.

Bununla yanaşı, 2013-cü il üçün Azərbaycanda minimal əmək haqqı 120,2 manat, 2014-cü üçün 127,7 manat, 2015-ci il üçün isə 140 manat səviyyəsində proqnozlaşdırılır.

Qeyd edək ki, ölkə üzrə yaşayış minimumunun 2012-ci ildə 108 manat, 2013-cü ildə 120,2 manat, 2013-cü ildə 127,7 manat, 2015-ci ildə isə 135,1 manat təşkil edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR