Bank Of Baku

«Aqrarkredit» yanvar-sentyabr aylarında 604 min manat mənfəət əldə edib

«Aqrarkredit» yanvar-sentyabr aylarında 604 min manat mənfəət əldə edib
# 01 noyabr 2011 09:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatının aktivləri 2011-ci il oktyabr ayının 1-nə 26,2 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 1,7% azdır.

Təşkilatdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə təşkilatın kredit portfeli 1,2% artaraq 17,1 mln. manata, məcmu kapitalı 19,9 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 18,5 mln. manat olub.

Hesabat dövründə təşkilat tərəfindən 2011-ci ilin 9 ayı ərzində Kənd Yerlərinin Kreditləşməsi üzrə 704 sahibkarlıq subyektinə 4,707 mln. manat, o cümlədən heyvandarlığın inkişafına 2,342 mln. manat, bitkiçiliyin inkişafına 394 min manat, ticarət və xidmət sahələrinə 1,918 mln. manat, digər sahələrə 52 min manat, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına isə 118 sahibkarlıq subyektinə 1,5 mln. manat kredit verilib.

Bundan başqa, Kənd Təsərrüfatının İnkişafı Beynəlxalq Fondunun (IFAD) maliyyələşdirdiyi Şimal-Şərq İnkişaf Layihəsi çərçivəsində Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında 79 sahibkarlıq subyektinə və borcalan qrupuna 229,6 min manat, eləcə də həmin fondun maliyyələşdirdiyi digər Şimal-Qərb inkişaf Layihəsi çərçivəsində Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarında 470 borcalan qrupuna və fərdi sahibkara 1,244 mln. manat kredit verilib.

Həmin dövr ərzində Kredit təşkilatının filialları tərəfindən Yaponiya Hökumətinin qrantı və Tərəfdaşlıq Fondu hesabına ötən illərdə alınmış və lizinq qaydasında kənd təsərrüfatı məhsulları istehsalçılarına icarəyə verilmiş kənd təsərrüfatı texnikalarının istifadəsindən Tərəfdaşlıq Fondunun hesabına 196,3 min manat vəsait toplanıb.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında təşkilatın ümumi gəlirləri 2,970 mln. manat, xərcləri isə 2,366 mln. manat olub. Nəticədə, qurumun hesabat dövründə əldə etdiyi mənfəətin həcmi 604 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR