Bank Of Baku

«Atəşgah Həyat» sığorta şirkəti növbəti iri ödəniş həyata keçirib

«Atəşgah Həyat» sığorta şirkəti növbəti iri ödəniş həyata keçirib
# 01 noyabr 2011 10:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Həyat» sığorta şirkəti «Həyatın yığım sığortası» və «Kredit həyat sığortası» növləri üzrə sığorta ödənişləri həyata keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Həyatın yığım sığortası» müqaviləsinə uyğun olaraq, 9 445 manat məbləğində sığorta ödənişi sığorta olunanın qəflət ölümündən sonra onun ailəsinə təqdim edilib.

Bundan başqa, «Atəşgah Həyat» həmin sığorta olunanla «Kredit (ipoteka) həyat sığortası» müqaviləsi də bağlayıb. Daha əvvəl, bu müqavilə üzrə də sığorta olunanın kreditor banka olan borcunu ödəmək məqsədilə «Atəşgah Həyat» 45 263 min manat sığorta ödənişi həyata keçirib.

Qeyd edək ki, müqaviləyə əsasən, «Həyatın yığım sığortası» proqramı sığorta məbləğinin sığorta olunanın sığorta müddəti ərzində dünyasını dəyişməsi halında müqavilədə göstərilmiş faydalanan şəxslərə və ya sığorta olunanın vərəsələrinə ödənilməsini nəzərdə tutur. Sığorta olunanın sığorta müddətinin sonuna qədər sağ qalması halında isə onun özünə ödənilir.

Qeyd edək ki, «Atəşgah Həyat» sığorta şirkəti 2009-cu ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR