Bank Of Baku

Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsinin həcmi 4 dəfədən çox artıb

Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsinin həcmi 4 dəfədən çox artıb
# 01 noyabr 2011 12:35 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Son bir il ərzində Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsinin həcmi 4 dəfədən çox artıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov ölkənin milli televiziyasına müsahibəsində bildirib.

İki ölkə arasındakı münasibətlərin perspektivindən danışan səfir qeyd edib ki, Azərbaycan-Bolqarıstan əlaqələri dərin köklərə malik olub ildən-ilə inkişaf edir: “Son bir ildə Bolqarıstanın 3 naziri - mədəniyyət, səhiyyə və energetika, iqtisadiyyat və turizm nazirləri Azərbaycanda səfərdə olub”.

E.Kərimov əlavə edib ki, Azərbaycan Bolqarıstanla enerji sektorundan başqa, yüngül sənaye, inşaat, nəqliyyat, kənd təsərrüfatı, əczaçılıq, idman və turizm sahələrində də əməkdaşlığa meyl göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR