Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı nağdsız ödənişlər bazarında mövqelərini gücləndirir

Azərbaycan Beynəlxalq Bankı nağdsız ödənişlər bazarında mövqelərini gücləndirir
# 01 noyabr 2011 12:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən 2011-ci ilin yanvar-sentyabr aylarında ölkənin 18 yaşayış məntəqəsində yeni bankomatlar quraşdırılıb.

ABB-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, qeyd olunan müddət ərzində həmçinin 736 ticarət və xidmət müəssisəsində POS-terminallar quraşdırılıb.

Bununla da, banka aid ATM-lərin ümumi sayı 623, terminalların sayı isə 3 668-ə çatıb. Bu da ölkə üzrə bankomatların 32%-ni, terminalların isə 32,4%-ni təşkil edir.

Cari ilin əvvəlindən indiyədək 60 min nəfər ABB-nin plastik kartlarının sahibi olub. Hazırda bank üzrə aktiv plastik kartların sayı 1 822 392-ə çatıb ki, bu da ölkə üzrə kart bazarının 33%-ni təşkil edir.

Xatırladaq ki, Azərbaycanın ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR