Bank Of Baku

İki Koreyanın birləşməsi üçün nəhəng fond yaradılır

İki Koreyanın birləşməsi üçün nəhəng fond yaradılır
# 01 noyabr 2011 13:05 (UTC +04:00)
Bakı - APA-Economics. Cənubi Koreya Şimali Koreya ilə birləşəcəyi halda istifadə etmək üçün 50 mlrd. dollar həcmində fond yaradacaq. “APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, bu barədə Koreyanın birləşdirilməsi işləri üzrə naziri Yu Vu İk bildirib.

Onun sözlərinə görə, bir çox dövlət qurumları artıq bu ideyanı dəstəkləyib və 2011-ci ilin sonuna qədər fondun yaradılması parlament tərəfindən təsdiqlənəcək.

Fonda bir neçə il ərzində Cənubi Koreyanın dövlət büdcəsinin profisiti hesabına vəsait toplamaq planlaşdırılır. Bundan başqa, həm ölkə daxilində, həm də xaricdə yaşayan şəxslərdən fonda ianələr qəbul olunacaq. Lakin digər ölkələrin hökumətlərindən fondun maliyyələşdirilməsi xahiş olunmayacaq.

Qeyd edək ki, bu il Cənubi Koreyanın dövlət büdcəsi 270 mlrd. dollar təşkil edib. İlin yekununda büdcənin profisitinin 4 mlrd. dollar olacağı proqnozlaşdırılır. Avqust ayında Cənubi Koreya prezidenti Li Men Bak əhalidən “birləşmə vergisi”nin tutulması təklifi ilə çıxış edib. Amma verginin miqdarı açıqlanmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR