Bank Of Baku

BVF: Azərbaycanda əsaslı kapital xərclərinin yüksək səviyyədə saxlanması iqtisadiyyata mənfi təsir göstərə bilər

BVF: Azərbaycanda əsaslı kapital xərclərinin yüksək səviyyədə saxlanması iqtisadiyyata mənfi təsir göstərə bilər
# 01 noyabr 2011 15:22 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahi bildirib.

«Azərbaycan əsaslı kapital xərclərini bir qədər azaltmalıdır. Belə ki, əsaslı xərclərin çox olması iqtisadiyyatı həddindən artıq hərarətləndirə bilər. Həmçinin, Azərbaycan məzənnə siyasətinin çevikliyini bir qədər də artırmalıdır», - deyə BVF rəsmisi vurğulayıb.

Bununla yanaşı, N.İlahi Azərbaycanda dövlət büdcəsinin layihəsinin artıq ilbəil-deyil, ortamüddətli perspektivdə hazırlanmasını müsbət qiymətləndirib: «Dövlət büdcəsinin üçillik dövr üçün hazırlanması artıq müsbət nəticədir. Bu sənədin üç və ya beş illik dövr üçün hazırlanması isə bilavasitə ölkə hökumətinin seçimindən asılıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR