Bank Of Baku

BVF: Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını daha da artırmalıdır

BVF: Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını daha da artırmalıdır
# 01 noyabr 2011 15:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan qeyri-neft sektorunun inkişafını diqqət mərkəzində saxlamalıdır. “APA-Economics”in xəbərinə görə, Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahi bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə qaz yataqlarının aşkarlanmasına və gələcəkdə də aşkarlana bilmə perspektivinə baxmayaraq, uzunmüddətli dövrdə bu ehtiyatlar tükənəcək: “Məhz buna görə də Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını daha da artırmalıdır. Ölkədə biznes islahatları aparılırsa, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün böyük potensial var. Belə ki, Azərbaycanın İKT, nəqliyyat və sürətlə inkişaf edən digər sahələri mövcuddur”.

N.İlahi deyib ki, hazırda Azərbaycanda qaz hasilatının artmasına baxmayaraq, gələcəkdə ölkə iqtisadiyyatının artımını qeyri-neft sektoru təmin edəcək.

Missiya rəhbəri qeyd edib ki, özəl sektorda, əsasən də ticarətdə rəqabəti artırmaq lazımdır: “Ümumiyyətlə, ölkədə biznes islahatlarına ehtiyac var. Bir çox özəl şirkətlər xariclə ticarətdə problemlərin olduğunu qeyd edir. İslahatlar bu problemləri aradan qaldırmaq üçün lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR