Bank Of Baku

Azərbaycan prezidenti Rusiya Hesablama Palatasının sədrini qəbul edib

Azərbaycan prezidenti Rusiya Hesablama Palatasının sədrini qəbul edib
# 01 noyabr 2011 16:22 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 1-də Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşini qəbul edib. “APA-Economics”-in məlumatına görə, S. Stepaşin Azərbaycannın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə prezident İ. Əliyevi təbrik edib.

O, Rusiya Hesablama Palatası ilə Azərbaycan Hesablama Palatası arasında əməkdaşlığın yaxşı perspektivləri olduğunu qeyd edib.

Dövlət başçısı Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Prezident İ. Əliyev S. Stepaşinin Azərbaycana səfərinin ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR