Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu yeni alətlərə investisiya yatırılmasına yeni ildən başlayacaq

Azərbaycan Dövlət Neft Fondu yeni alətlərə investisiya yatırılmasına yeni ildən başlayacaq
# 02 noyabr 2011 06:45 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, bu günlərdə Fondun vəsaitlərinin idarə olunması ilə bağlı qaydalara edilən dəyişikliklərlə mövcud investisiya alətlərinə daha üçü əlavə olunub: «Bundan sonra Fond səhmlərə, daşınmaz əmlaka və qızıla da sərmayə qoya bilər. Eyni zamanda, valyutalarda da müəyyən genişlənmə olub – bundan sonra biz Türkiyə və Rusiya valyutalarına da investisiya edə bilərik».

Ş.Mövsümov bildirib ki, bununla bağlı sonrakı mərhələ Neft Fondunun növbəti il üçün investisiya siyasətinin hazırlanmasından ibarətdir. Qeyd edək ki, bu siyasət hər ilin büdcəsi ilə birlikdə təsdiqlənmək üçün Fondun Müşahidə Şurasına və dövlət başçısına təqdim olunur: «Hazırda investisiya siyasəti üzərində iş gedir və sənəd hazır olduqda açıqlanacaq, yeni alətlərə investisiyalara isə gələn ildən başlanacaq».

Dəyişikliklər nəticəsində ARDNF-in investisiya siyahısına hazırda o qədər də sabit sayılmayan Rusiya valyutasının da daxil edilməsinə gəlincə Ş.Mövsümov bildirib ki, ümumiyyətlə bu dəyişikliklər nəticəsində valyutaların seçimi genişlənib: «Bu o demək deyil ki, biz günü sabahdan başlayacağıq bu valyutalara investisiyalar qoymağa». Fondun rəhbəri vurğulayıb ki, Fondun investisiya alətlərinin siyahısına və valyuta kompozisiyasına edilən dəyişikliklər son 10 ildə ilk dəfədir baş verir: «Bu onu göstərir ki, biz belə dəyişiklikləri tez-tez etmirik, edəndə də məsələyə konservativ yanaşırıq. Biz geniş yanaşmanı və çeviklik imkanlarını nəzərə alırıq, investisiyaların həyata keçirilməsi isə vəziyyətin tam və dəqiq qiymətləndirilməsindən sonra baş verəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR