Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu ölkədə hasil olunan qızılın alınmasına sərmayə yatıra bilər

Azərbaycan Dövlət Neft Fondu ölkədə hasil olunan qızılın alınmasına sərmayə yatıra bilər
# 02 noyabr 2011 08:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 2011-ci ilin sonunadək hazırkı səviyyədə qalacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib: «İlin sonunadək müəyyən gəlirlər gözlənilir, lakin dövlət büdcəsinə eyni həcmdə planlaşdırılan transfertləri nəzərə alsaq, Fondun aktivləri ilin sonunadək eyni səviyyədə qalacaq».

Ş.Mövsumov bununla yanaşı bildirib ki, Fondun aktivlərinin idarə olunması ilə bağlı mövcud qaydalara bu günlərdə edilən dəyişikliklərə əsasən, ARDNF artıq qızılın alınması da sərmayə yatıra biləcək: «Burada söhbət standart qızıl külçələrdən gedir və onun haradan alınmasında fərqi yoxdur. Hətta Azərbaycanda hasil olunan qızılı ala bilərik. Hazırda bununla bağlı müzakirələr aparılır».

ARDNF başçısı həmçinin Fondun aktivlərinin idarə olunması üçün yeni xarici menecerlərin cəlb olunacağını da vurğulayıb. Hazırda isə Neft Fondunun 2012-ci il üçün investisiya strategiyası üzərində iş aparılır. Gələn il Fonddan dövlət büdcəsinə həyata keçiriləcək transfertə gəlincə, Ş.Mövsümov bu rəqəmin 9,9 mlrd. manat səviyyəsində proqnozlaşdırıldığını bildirib.

Qeyd edək ki, 2011-ci il IV rübün əvvəlinə ARDNF-in məcmu aktivlərinin həcmi 32 mlrd. ABŞ dolları təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR