Bank Of Baku

Azər Bayramov: «Azərbaycan gələn il dövlət büdcəsindən investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirəcək»

Azər Bayramov: «Azərbaycan gələn il dövlət büdcəsindən investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirəcək»
# 02 noyabr 2011 08:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ayın sonunda Milli Məclisdə Azərbaycanın 2012-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsinə başlanacaq. «APA-Economics»in xəbərinə görə, bu barədə maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

Onun sözlərinə görə, kifayət qədər konservativ olan büdcə layihəsində əvvəlki ilə nisbətən artım qeyri-neft sektorundakı artım səviyyəsində planlaşdırılır: «Bu ilin ikinci yarısında bir sıra sahələrdə əmək haqları artırılıb. Builki strateji hədəflərin davamı kimi bu proses gələn il ərzində də davam etdiriləcək. Məsələn, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əməkdaşlarının əmək haqları artırılıb».

A.Bayramov qeyd edib ki, büdcə layihəsində bir sıra sosialyönümlü xərclər də nəzərdə tutulub: «İnvestisiya layihələrinin maliyyələşdirilməsi davam etdiriləcək. Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlər təxminən builki səviyyədə olacaq. Məqsəd artıq başlanılmış investisiya layihələrinin, o cümlədən infrastruktur layihələrinin qısa zamanda başa çatdırılmasıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR