Bank Of Baku

«MilliKart» Prosessinq Mərkəzi bu il aktiv plastik kartların sayını 26% artırıb

«MilliKart» Prosessinq Mərkəzi bu il aktiv plastik kartların sayını 26% artırıb
# 02 noyabr 2011 09:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MilliKart» Prosessinq Mərkəzi tərəfindən emissiya olunan aktiv plastik kartların sayı 2011-ci il oktyabrın 1-nə 167 241 ədəd olub. Bu, cari ilin əvvəlinə olan göstərici ilə müqayisədə 26,4% çoxdur.

Mərkəzdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə «MilliKart» tərəfindən xidmət göstərilən bankomatların sayı 10,7% artaraq 311-ə, POS-terminalların sayı 2,4 dəfə artaraq 3 132-yə çatıb. Bu müddət ərzində Mərkəz vasitəsi ilə aparılan əməliyyatların sayı isə 18% artaraq 848 657 olub.

Qeyd edək ki, 18 bank tərəfindən təsis edilən «MilliKart» MMC 2006-cı ilin oktyabrından fəaliyyət göstərir. Cari il oktyabrın 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda «MilliKart» MMC tərəfindən 12 banka xidmət göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR