Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu qızıl, daşınmaz əmlak və səhmlərə investisiyaları tədricən artıracaq

Azərbaycan Dövlət Neft Fondu qızıl, daşınmaz əmlak və səhmlərə investisiyaları tədricən artıracaq
# 02 noyabr 2011 09:33 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilkin mərhələdə qızıla, daşınmaz əmlaka və səhmlərə vəsaitlərinin maksimum 5%-ni yatırmaq niyyətindədir. Bu barədə «APA-Economics»ə açıqlamasında Fondun İnvestisiya Departamentinin direktor müavini Rövşən Cavadov bildirib.

Onun sözlərinə görə, bu məsələ fondun indi hazırlanmaqda olan 2012-ci il üçün İnvestisiya Siyasətində nəzərdə tutulacaq: «Amma ilkin olaraq bu rəqəmlər nəzərdə tutulub».

Qeyd edək ki, oktyabrın 1-i vəziyyətinə ARDNF-in məcmu aktivləri 32 mlrd. AbŞ dolları təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR