Bank Of Baku

«Muğan Bank»ın 2011-ci il üzrə auditinin nəticələri gələn ay açıqlanacaq

«Muğan Bank»ın 2011-ci il üzrə auditinin nəticələri gələn ay açıqlanacaq
# 26 aprel 2012 10:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin 2011-ci ildəki fəaliyyətinin maliyyə göstəriciləri üzrə keçirilən auditin nəticələri may ayında açıqlanacaq. Bunu «APA-Economics»ə bankın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov bildirib.

Ş.Ələkbərovun sözlərinə görə, bankda auditi «Baker&Tilly» beynəlxalq audit şirkəti aparır və ilkin olaraq yoxlamanın nəticələri müsbət qiymətləndirilir: «Belə ki, 2011-ci il üzrə verilən maliyyə proqnozları təxminən özünü doğruldub. Baxmayaraq ki, dünya maliyyə böhranı kommersiya banklarına daha çox təsirli olub, böhran Azərbaycana öz təsirini göstərə bilməyib. Buna görə də bank tərəfindən ötən il üçün verilən proqnozlar özünü doğruldub».

Ş.Ələkbərov bildirib ki, yoxlamada daha çox risklərin idarə edilməsi ilə bağlı məsələlərə diqqət yetirilir.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 30 filialı, 51 bankomatı, 89 POS-terminalı və 556 işçisi var.

Cari ilin aprelin 1-nə bankın aktivləri 248,62 mln. manat, kredit portfeli 185,318 mln. manat, depozit portfeli 92,353 mln. manat, məcmun kapitalı 34,252 mln. manat, o cümlədən nizamnamə kapitalı 28,306 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR