Bank Of Baku

Bakı məktəbliləri arasında “Vergilər” bilik müsabiqəsi keçirilib

Bakı məktəbliləri arasında “Vergilər” bilik müsabiqəsi keçirilib
# 26 aprel 2012 14:25 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün vergilərlə bağlı biliklərin mənimsənilməsində yüksək nailiyyətlər əldə etmiş şagirdlərin stimullaşdırılması məqsədilə Nəsimi rayonu, 46 saylı orta məktəbdə Bakı şəhərinin əhatə dairəsində yerləşən 11 rayonun şagirdləri arasında “Vergilər” bilik müsabiqəsi keçirilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, müsabiqədə 3 yaş qrupuna aid 3-5, 6-8 və 9-11-ci siniflərdə təhsil alan 60 məktəbin şagirdləri iştirak edib.

Hər il ənənəvi olaraq Bakı şəhəri Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət İdarəsi tərəfindən keçirilən bilik müsabiqəsi “Vergilərin əhəmiyyəti və ya yeddi nağıl axşamı” və “Vergilər” tədris vəsaitinin şagirdlər tərəfindən mənimsənilməsi səviyyəsini öyrənmək, həmçinin şagirdlərin bu fənn üzrə maraqlarını artırmaq məqsədi daşıyır. Hazırda respublikanın 50-dən artıq rayonunda vergilərə dair metodiki kabinet fəaliyyətə göstərir.

Test imtahanı ilə keçirilən müsabiqə yekunlaşdıqdan sonra qaliblər müəyyən edilmiş və müvafiq yaş qrupları və siniflər üzrə 1, 2 və 3-cü yerlərin qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

Tədbirdə Bakı şəhəri Vergilər Departamentinin və Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR