Bank Of Baku

Bakıda Bakı Banklararası Valyuta Birjası və Moskva Beynəlxalq Banklararası Assosiasiya arasında saziş imzalanıb

Bakıda Bakı Banklararası Valyuta Birjası və Moskva Beynəlxalq Banklararası Assosiasiya arasında saziş imzalanıb
# 27 aprel 2012 10:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda Bakı Banklararası Valyuta Birjası (BBVB) və Moskva Beynəlxalq Banklararası Assosiasiya (MBBA) arasında əməkdaşlıq sazişi imzalanıb. «APA-Economics»in xəbərinə görə, sazişi BBVB-nin rəhbəri Fərhad Əmirbəyov və MBBA-nın prezidenti Aleksey Mamontov imzalayıb.

F.Əmirbəyovun sözlərinə görə, sazişin əsas məqsədi Azərbaycanda banklararası pul və kredit bazarının inkişafı məqsədi ilə BBVB-nin ticarət meydançasında müvafiq imkanların yaradılması üçün MBBA-dan məlumat, texniki və məsləhət dəstəyinin alınmasıdır. F.Əmirbəyeyov bildirib ki, Azərbaycanda banklararası pul və kredit bazarının inkişafı məsələsi çox vacib və aktualdır, bu prosesdə MBBA-nın təcrübəsindən istifadə etməklə daha səmərəli nəticə əldə etmək mümkündür.

A.Mamontov isə qeyd edib ki, Assosiasiyanın banklararası elektron kredit bazarı meydançası mövcuddur ki, burada gündəlik dövriyyə təxminən 150 mlrd. rubl təşkil edir. A.Mamontovun sözlərinə görə, MBBA-nın banklararası pul bazarının təşkilində böyük təcrübəsi var və bu təcrübə BBVB-də müvafiq fəal və faydalı meydançanın yaradılmasında dəstək olacaq.

Qeyd edək ki, həmin meydança vasitəsi ilə həmçinin Azərbaycan və Rusiya bankları arasında əməliyyatların aparılması mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR