Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının mənfəəti artıb

Azərbaycan Beynəlxalq Bankının mənfəəti artıb
# 27 aprel 2012 13:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının 2012-ci ilin I rübü üzrə mənfəəti illik müqayisədə 7,2% artaraq 7,082 mln. manata çatıb. Bu barədə «APA-Economics»ə Bankın mətbuat xidmətindən bildirilib.

Rüb ərzində bankın gəlirləri ötən ilin I rübünə nisbətən 8,3% artaraq 91,643 mln. manat təşkil edib. Bankın aktivlərinin gəlirlik əmsalı (ROA) 0,14%, kapitalın gəlirlik əmsalı isə 1,77%-ə bərabər olub. Bu göstəricilər 2011-ci ilin I rübündə müvafiq olaraq 0,03% və 0,25% olub.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə özəl hüquqi və şəxslərə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR