Bank Of Baku

Daha bir Azərbaycan bankı səhmlərini xarici maliyyə təşkilatlarına sata bilər

Daha bir Azərbaycan bankı səhmlərini xarici maliyyə təşkilatlarına sata bilər
# 27 aprel 2012 14:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC münasib təklif əsasında səhmlərinin bir hissəsini xarici maliyyə qurumlarına satamağa hazırdır. Bunu «APA-Economics»ə açıqlamasında bankın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov bildirib.

Ş.Ələkbərov qeyd edib ki, bankın səhmləri xarici maliyyə təşkilatlarına o halda satıla bilər ki, səhmi əldə edən təşkilat banka yaxşı təkliflər təqdim etsin: «Ümumiyyətlə, bankın siyasətində bankın inkişafı üçün onun beynəlxalq maliyyə institutları daha sıx əməkdaşlığı nəzərdə tutulub. Bu əməkdaşlıq banka daha çox mənfəət gətirə bilər. Buna görə də, «Muğan Bank» Avropa Yenidənqurma və İnkişaf Bankı, ABŞ-ın WVC korporasiyası ilə yaxından əməkdaşlıq edir. Bu kimi qurumlardan səhmlərin alınması ilə bağlı banka təkliflər gələrsə, «Muğan Bank» bu təklifləri qiymətləndirə bilər».

Xatırladaq ki, təsisçisi dörd yerli fiziki şəxs olan «Muğanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 30 filialı, 51 bankomatı, 89 POS-terminalı və 556 işçisi var.

Cari ilin aprelin 1-nə bankın aktivləri 248,62 mln. manat, kredit portfeli 185,318 mln. manat, depozit portfeli 92,353 mln. manat, məcmu kapitalı 34,252 mln. manat, o cümlədən nizamnamə kapitalı 28,306 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR