Bank Of Baku

“Bank SilkWay” son bir ildə məcmu aktivlərini 20% artırıb

“Bank SilkWay” son bir ildə məcmu aktivlərini 20% artırıb
# 28 aprel 2012 10:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. Azərbaycanın «Bank SilkWay» ASC-nin aktivlərinin həcmi 2012-ci ilin aprel ayının 1-nə 138,678 mln. manat təşkil edib ki, bu da ötən müvafiq dövrünün göstəricisindən 20% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 44% azalaraq 43,897 mln. manat, o cümlədən qısamüddətli kreditlər 2 dəfə artaraq 24,410 mln. manata, uzunmüddətli kreditlər 50% azalaraq 19,486 mln. manat, istehlak kreditləri isə iki dəfə artaraq 8,045 mln. manat təşkil edib.

Həmçinin bankın depozit portfeli 23% artaraq 84,109 mln. manata, o cümlədən müddətli depozitlər 0,1% artaraq 480 min manat, tələb olunanadək depozitlərin həcmi 16% artaraq 72,778 mln. manat, əhalinin əmanətləri isə 2,1 dəfə artaraq 10,851 mln. manata çatıb.

Eyni zamanda, bankın məcmu kapitalı 0,4% azalaraq 42,144 mln. manat, o cümlədən nizamnamə kapitalı 9% artaraq 35,090 mln. manat olub.

Bu müddət ərzində bankda çalışan işçilərinin sayı 11% artaraq 111 nəfər, orta aylıq əmək haqqı isə sabit qalaraq 750 manat təşkil edib.

Xatırladaq ki, «Bank SilkWay» ASC 1993-cü ildə «Azal Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 6 filialı, 20 bankomatı və 64 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR