Bank Of Baku

KPMG beynəlxalq audit şirkəti «TuranBank»ın ötən ilin maliyyə göstəriciləri üzrə hesabatını açıqlayıb

KPMG beynəlxalq audit şirkəti «TuranBank»ın ötən ilin maliyyə göstəriciləri üzrə hesabatını açıqlayıb
# 28 aprel 2012 11:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. KPMG beynəlxalq audit şirkəti tərəfindən Azərbaycanın «Turan Bank» ASC-nin 2011-ci ilin maliyyə göstəriciləri üzrə beynəlxalq auditin nəticələri açıqlanıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, KPMG tərəfindən aparılan yoxlamanın nəticələrinə əsasən, bankın aktivləri 2010-cu ilin yekunu ilə müqayisədə 32,4% artaraq 165,8 mln. manat təşkil edib. Həmçinin, bankın kredit portfeli 16,5% artaraq 117 mln. manat, müştərilərin əmanətləri isə 59,1% artaraq 86,7 mln. manat olub.

Hesabatda həmçinin ötən il ərzində bankın məcmu kapitalı 9,5% artaraq 23,9 mln. manata, o cümlədən nizamnamə kapitalı 10% artaraq 22 mln. manata çatıb. Ötən ilin fəaliyyətin nəticəsi olaraq «TuranBank»ın balans mənfəəti 3,8 mln. manat, xalis mənfəəti isə 3,2 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «TuranBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 12 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR