Bank Of Baku

“FINCA Azerbaijan”ın Xırdalanda yeni ofisi fəaliyyətə başlayıb

“FINCA Azerbaijan”ın Xırdalanda yeni ofisi fəaliyyətə başlayıb
# 28 aprel 2012 11:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «FINCA Azerbaijan» bank olmayan kredit təşkilatının Xırdalan filialı fəaliyyətə başlayıb. Təşkilatdan «APA-Economics»ə verilən məlumata görə, bununla da «FINCA Azerbaijan»ın Abşeron rayonunda fəaliyyət göstərən filiallarının sayı 6-ya çatıb.

Açılış mərasimində filialın inzibati binasına baxış keçirilib, müştərilərə təqdim olunan kredit məhsulları haqqında məlumat verilib.

Qeyd edək ki, hazırda “Xırdalan” filialının müştərinin say 320 nəfərdir. “Xırdalan” filialının kredit portfeli 455 min ABŞ dolları təşkil edir. Filialın müştəriləri 50 min dollaradək müxtəlif çeşiddə kredit məhsullarından faydalana bilərlər.

Xatırladaq ki, «FINCA Mikro-Finance Holding»in («Finca İnternational» - ABŞ) törəmə şirkəti olan «Finca Azerbaijan» qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir. Təşkilatın ölkə üzrə 30 filialı və 34 ofisi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR