Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar dərin elmi əsaslara malikdir - MƏQALƏ
Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm cəhətlərdən biri də qloballaşma prosesindən irəli gələn meyarların ölkə reallıqları ilə məharətlə uzlaşdırılması, onların milli maraqları təmin edən uğurlu vəhdətinin yaradılması olmuşdur.
Aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaratmış, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir.
Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycanın iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir.
Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatının diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurlu davamının, dövlət başçısının Azərbaycanın qüdrətlənməsinə yönəlmiş məqsədyönlü, düşünülmüş siyasətinin nəticəsidir.
Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin strateji istiqamətlərinin müəyyənləşdirilməsində elmi əsaslara söykənən konsepsiya və proqramların hazırlanması mühüm əhəmiyyət kəsb edir. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu milli iqtisadiyyatın müxtəlif sahələrinin və ayrı-ayrı regionların davamlı inkişafına dair elmi tədqiqatların aparılması, həyata keçirilən araşdırmaların koordinasiya edilməsi, kadr hazırlığı və s. istiqamətlərdə əhəmiyyətli fəaliyyət göstərir. Ötən il institutda qeyri-neft sektorunun inkişafı, regionların və sahibkarlığın, ixrac potensialının artırılması, qısa, orta və uzunmüddətli proqnoz və planların tərtib olunması, eləcə də bunun üçün model və üsulların işlənilməsinə yönəldilmiş tədqiqatlar həyata keçirilmişdir. İnstitutda ölkə iqtisadiyyatının səmərəli idarəedilməsində mühüm əhəmiyyət kəsb edən elmi-tədqiqat işlərinin tərkib hissəsi kimi “Azərbaycan Respublikası üçün Ümumi Tarazlıq Modeli”nin hazırlanması istiqamətində işlər davam etdirilmişdir. Bu məqsədlə 2011-ci ildə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu və “EcoMod” şirkəti arasında Azərbaycan Respublikasının sosial-iqtisadi göstəricilərinin təhlili və proqnozlaşdırıl¬ması¬nın Ümumi Tarazlıq Modelinin işlənilməsi üzrə müqavilə imzalanmışdır. Ümumi Tarazlıq Modelinin hazırlanması çərçivəsində İnstitutda Azərbay¬can Respublikasının Sosial Hesablar Matrisinin hazırlanmasının metodoloji prinsipləri işlənilmiş, müvafiq informasiya bazası hazırlanmışdır.
Eyni zamanda İnstitutda ölkə iqtisadiyyatının spesifik xüsusiyyətlərini nəzərə almaqla sektorlar arasındakı qarşılıqlı əlaqələri sadə və dolğun şəkildə əks etdirən, eləcə də gələ¬cək¬də genişlənmə imkanı olan makroekonometrik modelin qurulması əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Bu məqsədlə Almaniya, Türkiyə və Qazaxıstanın müvafiq elmi-tədqiqat mərkəzlərində mövcud təcrübələr öyrənilmiş, modelin strukturunun müəyyən edilməsi istiqamətində təkliflər hazırlanmış, xarici təcrübə nəzərə alınaraq Azərbaycan iqtisadiyyatı üçün münasib struktur formalaşdırılmışdır. Bu məqsədlə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnsti¬tutu və Türkiyə İnkişaf Nazirliyinin Modelləşmə Baş İdarəsi arasında qarşılıqlı elmi tədqiqatların aparılması üzrə iş planı hazırlanmış və icrasına başlanılmışdır.
Aparılmış birgə işlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatının mühüm xüsusiyyətləri nəzərə alınmaqla, dünya maliyyə və iqtisadi böhranının ölkə iqtisadiyyatına təsir etdiyi əsas kanallar, neftin dünya bazar qiymətinin, qeyri-neft ixrac çəkili real effektiv məzənnənin, ticari tərəfdaş ölkələrin gəlirlərinin, kommersiya banklarının xarici öhdəliklərinin, cəmi kreditlərin, qeyri-neft sektoruna yönəldilmiş birbaşa xarici investisiyaların və cari transferlər üzrə daxilolmaların təsirləri ekonometrik qiymətləndirmələr əsasında öyrənilmiş və bu əsasda müvafiq fiskal və monetar siyasət tədbirləri üzrə, əsasən, preventiv xarakterli təkliflər irəli sürülmüşdür.
Azərbaycanda bankların özəl sektora verdiyi kreditlərin və xaricdən borclanmasının, manatın real effektiv valyuta məzənnəsinin və birbaşa xarici investisiyanın qeyri-neft sektorunun inkişafına təsirlərinin qiymətləndirilməsi, eləcə də inflyasiyanın yaranmasında və onun qarşısının alınmasında monetar və qeyri-monetar amillərin rolu ekonometrik qiymətləndirilərək tədqiq edilmiş, müvafiq təklif və tövsiyələr hazırlanmışdır.
Ölkədə aparılan iqtisadi siyasətin əsas prioritetlərindən biri regionların sosial-iqtisadi inkişafının daha da yüksəldilməsidir. Regionlarda aparılan kompleks işlər və dövlət dəstəyi əsasında regionların sosial-iqtisadi inkişafının elmi təminatının təkmilləşdirilməsi, regional tarazlığın təmin olunması və iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi məsələlərinin araşdırılmasının vacibliyi nəzərə alınaraq, İnstitutda sahibkarlığın inkişafı istiqamətində elmi tədqiqat işlərinin aparılması ötən il də davam etdirilmişdir.
Regional iqtisadiyyatın rəqabətqabiliy¬yətliliyinin yüksəldilməsi məsələləri də klaster yanaşması tətbiq olunmaqla iqtisadi rayonların mövcud sosial-iqtisadi vəziyyəti təhlil edilmiş, analizlər aparılmış, diversifikasiya əmsalları hesablanmış və regionların inkişaf reytinqləri müəyyənləşdirilmiş, iqtisadi potensialdan səmərəli və maksimum istifadə edilməsi üzrə (Lənkəran iqtisadi rayonu timsalında) müvafiq təklif və tövsiyələr verilmişdir. Eyni zamanda iqtisadi rayonlar üzrə Gəncə-Qazax iqtisadi rayonu timsalında məhsul buraxılışının kapitala (istifadəyə verilmiş əsas fondlar) və əməyə görə elastiklik əmsalları hesablanmış, həmin regionda əməyin məhsul buraxılışında rolunun xeyli böyük olduğu müəyyən edilmişdir.
Ötən il iqtisadi rayonların sosial-iqtisadi vəziyyətinin mövcud mənzərəsini, təbii və əmək resurslarını özündə əks etdirən informasiya bazasının formalaşdırılması məqsədilə Azərbaycanın iqtisadi rayonları üzrə sosial-iqtisadi pasportlar hazırlanmışdır. Bu məqsədlə xarici ölkələrin bu sahədə təcrübələri öyrənilmişdir. Pasportlarda müvafiq dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin, iqtisadi rayonların, eləcə də işgüzar fəallığından asılı olaraq inzibati rayonlar üzrə investisiya istiqamətləri, mövcud müəssisə və təşkilatların siyahısı təsnifatlaşdırılaraq verilmişdir. Pasportlar yerli və xarici investisiyaların iqtisadi rayonlara, həmçinin işgüzar fəallığından asılı olaraq inzibati rayonlara istiqamətlənməsinin əhəmiyyətini nəzərə almaqla mütəmadi olaraq yenilənir.
Azərbaycanda, xüsusilə də regionların inkişafında kiçik və orta sahibkarlığın inkişaf perspektivlərinin qiymətləndirilməsi, korporativ idarəetmə və maliyyə sistemlərinin qurulması və təkmilləşdirilməsi, dövlət tərəfindən maliyyə və hüquqi dəstəyin gücləndirilməsi, dövlət, özəl və xarici mənbələr hesabına kredit və investisiyaların artırılması istiqamətləri tədqiq edilmiş və müvafiq təkliflər hazırlanmışdır.
Ölkəmizdə sənayeləşmənin inkişaf etdirilməsi üçün kiçik və orta sahibkarlığın dəstəklənməsi çox mühümdür və bu məqsədlə inkişaf etmiş ölkələrin təcrübəsi əsasında regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsində bölgələrdə fəaliyyət göstərən elmi müəssisələrin iştirakının vacibliyi araşdırılmışdır.
Kiçik və orta sahibkarlığa yüksək ixtisaslaşma və bazarın tələblərinə daha çevik reaksiya vermək qabiliyyəti aşılamaq, ixracın təşkilinin həyata keçirilməsi prosedurlarını qarşılamaq üçün yeni logistika sisteminin yaradılmasına yardım göstərmək vacibdir. Bu məqsədlə İnstitut ölkəmizdə, xüsusilə də regionlarda sahibkarlığın inkişafında logistika sisteminin formalaşmasındakı problemləri digər ölkələrdəki təcrübələr əsasında araşdırmışdır. Bu problemlərin həlli istiqamətində İqtisadi İslahatlar Elmi-Tədqiqat İnsti¬tutu və Azərbaycan Milli Aviasiya Akademiyası müqavilə imzalamış və müvafiq işlər yerinə yetirilmişdir. Bu il logistika üzrə lüğətin və sahibkarlar üçün vəsaitin hazırlanması və turizm sektorunda logistika sisteminin inkişafı üzrə elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
Məlum olduğu kimi, hazırda “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” ölkədə uğurla icra olunur. Məşğulluq və ərzaq təhlükəsizliyi baxımından ölkə iqtisadiyyatının ən vacib sahəsi olan kənd təsərrüfatında məhsul istehsalının və ixracının stimullaşdırılması, rəqabətqabiliyyətliliyinin artırılması və əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə kompleks dövlət dəstəyi tədbirləri həyata keçirilir. Bu dəstəyin səmərəliliyinin artırılması məqsədilə uzunmüddətli retrospektiv əsasında bitkiçilik və heyvandarlığın inzibati rayonlar üzrə ənənəvi sahələri tədqiq edilərək sinfi təsnifatı verilmişdir. Bununla yanaşı, kənd təsərrüfatı sektorunun əlavə dəyərdə payının dinamikası araşdırılmış, qiymət, gəlirlər, istehsalın həcmi üzrə qiymətləndirmələr aparılmış və kənd təsərüfatında müşahidə olunan ekstensiv inkişafın intensiv inkişafa çevirilməsi üzrə təkliflər hazırlanmışdır.
Aparılan təhlillər göstərir ki, bir sıra aqrar-sənaye məhsulları və heyvandarlıq məhsulları beynəlxalq rəqabətqabiliyyətliyinə malikdirlər. Bu rəqabətqabiliyyətliliyi reallaşdırmaq üçün Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün əlverişli təbii-coğrafi şərait və torpaq ehtiyatlarından səmərli istifadə olunması, toxumçuluq və damazlığın inkişaf etdirilməsi, müxtəlif xidmətlərin keyfiyyətinin artırılması, dövlətin kredit, maliyyə və digər dəstəklərindən səmərəli istifadə, istehsal, bazar və sosial infra¬strukur sahələrinin inkişafı, müasir yemçilik müəssisələrinin yaradılması, marifləndirmə, elmi və kadr təminatının yaxşılaşdırılması üzrə təklif və tövsiyələr hazırlanmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı zəncirində kompleksliliyin təmin olunması maya dəyərinin azaldılması, əlavə dəyərin artırılması, sosial rifahın yüksəlməsi və nəticədə rəqabətqabiliyyətliliyin artırılması baxımından çox vacibdir. Azərbaycan kənd təsərrüfatı istehsalçıları meyvə şirələri və tomat istehsalı, təbii şəraitdə yetişdirilən yüksək keyfiyyətli məhsullar və sertifikatlaşdırılmış ekoloji təmiz (orqanik) məhsullarla inkişaf etmiş ölkələrin bazarlarına çıxa bilərlər.
İnstitutda kənd təsərrüfatının kompleks inkişafı məsələlərinin tədqiqi istiqamətində qabaqcıl dünya təcrübəsinin araşdırılması prosesində ekoloji təmiz kənd təsərrüfatının mühüm rolunun olduğu müəyyən edilmişdir. Belə ki, bu kənd təsərrüfatı sistemi özündə dünya bazarında ekoloji təmiz məhsullara artan tələbi, istehsaldan satışa qədər kompleks məsələləri, həmçinin fərqli iqtisadi və institusional mexanizmləri əks etdirir. İnstitutda Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatının qeyri-neft sektorunda əlavə dəyər yaratması, ixrac üstünlükləri baxımından potensialı və inkişaf perspektivləri, regionlarda fermerlərin gəlirlərinin artması istiqamətində təhlillər aparılmışdır. Eyni zamanda İnstitut ilə Türkiyə Respublikası Türk Əməkdaşlıq və İnkişaf Agentliyi arasında “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi prosesində Türkiyə təcrübəsinin öyrənilməsi və qurumlararası əməkdaşlığın inkişaf etdirilməsi” layihəsi həyata keçirilir. Ölkəmizdə ekoloji təmiz kənd təsərrüfatı sahəsində maarifləndirmə işinin təşkilinə kömək məqsədi ilə orta ümumtəhsil müəssisələrində yardımçı dərs vəsaiti kimi şagirdlər üçün nəzərdə tutulan “Gələcək nəsillər üçün ekoloji təmiz kənd təsərrüfatı” adlı kitab hazırlanmışdır. Ekoloji təmiz kənd təsərrüfatının inkişafında kiçik və orta sahibkarlığın iştirakının stimullaşdırılması üçün daha geniş dövlət dəstəyinin göstərilməsi, eləcə də istehsal-satış zənciri üzrə maliyyə, iqtisadi və hüquqi istiqamətlərdə həlli vacib məsələlərin müəyyən edilməsi və tənzimlənmə istiqamətlərinin araşdırılması məqsədi ilə təhlillərin aparılması, eləcə də sahibkarların cəlb olunması istiqamətində isə pilot layihənin başlanılması, mütəmadi olaraq seminar və konfransların keçirilməsi nərəzdə tutulur.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda üzümçülüyün inkişafı ilə bağlı xüsusi proqramın hazırlanması ilə bağlı İqtisadi İnkişaf Nazirliyinə verilmiş tapşırığa uyğun olaraq 2011-ci ildə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnsti¬tutu tərəfindən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın layihəsi hazırlanmış və ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmişdir. Dövlət Proqramının icrası kənd təsərrüfatının prioritet sahələrindən olan üzümçülüyün inkişafına, bu sahədə ənənələrin bərpasına, emal sənayesinin və ixrac potensialının genişlənməsinə təkan verəcəkdir.
İqtisadi inkişafın təmin olunmasında mühüm məsələlərdən biri qeyri-neft sektorunun inkişaf etdirilməsi, beynəlxalq bazarlara çıxış və müasir nəqliyyat xidmətlərindən istifadə etməklə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasıdır. Ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, neft strategiyasının uğurla həyata keçirilməsi, eləcə də tərəfdaş ölkələrlə iqtisadi əlaqələrin genişlənməsi və nəqliyyat xidmətlərinin ixracının artırılması nəzərə alınmaqla institutda nəqliyyat-tranzit sektorunun rəqabətqabiliyyətinin artırılması üzrə tədqiqat işi aparılmışdır. Tədqiqatın nəticələrinə və beynəlxalq təcrübəyə əsaslanmaqla həm rəqabətqabiliyyətli nəqliyyat-tranzit sektorunun formalaşdırılması və innovasiyaların tətbiqini və klasterlərin yaranmasının, investisiyaların cəlb edilməsinin stimullaşdırılması, sektorda kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, infrastrukturun yenilənməsi, liman ərazisində xüsusi iqtisadi zonaların və sənaye şəhərciklərinin yaradılması, bu sahəni tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi üzrə təkliflər verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin “Turizm ili” elan olunması ilə əlaqədar institutda qeyri-neft sektorunun inkişafında mühüm rolu olan turizm sektorunun inkişaf məsələləri araşdırılır. Ölkənin turizm sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi problemləri araşdırılmış, turizmin rəqabətqabiliyyətliliyi indeksinə təsir göstərən indikatorlar üzrə qiymətləndirilmələr aparılmış, turizm sektorunun inkişafının sürətləndirilməsi, sektorun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, fərdi sahibkarlığa və kiçik biznesə dövlət dəstəyinin göstərilməsi məqsədilə turizm sektorunun inkişafının strateji planlaşdırılması sahəsində, lisenziyalaşdırma və sertfikatlaşdırma sahəsində tövsiyələr verilmişdir. Mənzil-kommunal təssərüfatı iqtisadiyyatın demək olar ki, bütün sahələri ilə birbaşa və ya dolayı əlaqələri olan mürəkkəb bir kompleksdir. Dövlət, bələdiyyə orqanlarının, təbii inhisar sahələrinin, sahənin xidmətindən istifadə edən subyektlərin bir-biri ilə qarşılıqlı əlaqəsi və maraqları bu kompleks daxilində cəmləşir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qəbul edilməsi ilə bütövlükdə mənzil-kommunal sahəsində islahatların başlanılmasına təkan verilmişdir. İnstitut bu istiqamətdə aparılan siyasətin elmi əsaslarının işlənməsi üçün müasir beynəlxalq təcrübənin öyrənilməsi əsasında bu sahədə yeni idarəetmə formasının tətbiqi, qeyri-rasional xərclərin azaldılması, yaşayış fondunun idarəedilməsində rəqabətin inkişaf etdirilməsi, təchizatçı-istehlakçı münasibətlərinin formalaşdırılması, sahənin modernləşdirilmə prosesinə investisiyaların cəlb edilməsi, enerji resurslarına qənaət üzrə effektiv tədbirlərin görülməsi, yaşayış fondunun inventarlaşdırılması və özəlləşdirilməsinin stimullaşdırılmasına özəl sektorun cəlb edilməsi istiqamətində tədqiqatlar aparır və müvafiq təklif və tövsiyələr verir.
İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu bundan sonra da ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının, struktur və innovasiya sahəsində dövlət siyasətinin, milli iqtisadiyyatın müxtəlif sahələrinin və ayrı-ayrı regionların davamlı inkişafının elmi əsaslarının işlənib hazırlanması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Vilayət Vəliyev
İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar
Elmi-Tədqiqat İnstitutunun direktoru, iqtisad elmləri doktoru

Maliyyə
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib