Bank Of Baku

«NBC Bank» I rübdə aktivlərini 31% artırıb

«NBC Bank» I rübdə aktivlərini 31% artırıb
# 30 aprel 2012 10:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC-nin aktivlərinin həcmi 2012-ci il aprelin 1-nə 69,025 mln. manat təşkil edib ki, bu da ötən ilin I rübün yekun göstəricisi ilə müqayisədə 31% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 29% artaraq 56,010 mln. manata çatıb.

Aktivlərin artımında əhalidən qəbul edilən depozitlərin resurs bazası kimi istifadəsi əhəmiyyətli rol oynayıb. Belə ki, ötən ilin aprelin 1-nə bankda mövcud olan depozitlərin həcmi 14,474 mln. manat təşkil etmişdirsə, 2012-ci il aprelin 1-nə bu rəqəm 2,1 dəfə artaraq 30,216 mln. manat olub.

Təqdim olunan kreditlərin tərkibində xüsusi əhəmiyyət daşıyan şəxsi və ailə məqsədləri üçün fiziki şəxslərə verilən kreditlərin həcmi 23% artaraq 42,177 mln. manat təşkil edib.

Xatırladaq ki, «NBC Bank» ASC 1992-ci ilin dekabrından «Ruzi» Kommersiya Bankı adı ilə fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR