Bank Of Baku

Azərbaycanda xidmətlər indeksi kəskin artıb

Azərbaycanda xidmətlər indeksi kəskin artıb
# 30 aprel 2012 12:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2012-ci ilin mart ayı üzrə 123,8% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici fevral ayı ilə müqayisədə 45,9 faiz bəndi artıb.

Xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəricisinə nisbəti kimi hesablanır. Göründüyü kimi, indeks həm artıb, həm də 100%-dən yuxarı səviyyədədir. İndeksin 100%-dən yuxarı olması hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki aya nisbətən artmasından xəbər verir.

Belə ki, fevral ayında əhaliyə 372,8 mln. manat həcmində pullu xidmətlər göstərilibsə, mart ayında bu həcm 461,6 mln. manata yüksəlib. Müqayisə üçün bildirək ki, yanvar ayında bu göstərici 478,3 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR