Bank Of Baku

«Bank Standard» vətəndaşlara smart-kartlarını bankda yükləməyi təklif edir

«Bank Standard» vətəndaşlara smart-kartlarını bankda yükləməyi təklif edir
# 30 aprel 2012 13:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Bank Standard» QSC vətəndaşlara qazdan istifadəyə görə smart-kartlarını bankda yükləməyi təklif edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bundan sonra «Azəriqaz» abunəçiləri qazdan istifadəyə görə ödəniş üçün smart-kartlarını «Bank Standard»da yükləyə biləcəklər.

Bankın təklif etdiyi yeni xidmət müştərilərin bu ödəniş növünə son zamanlar artan tələbatını ödəməyə yönəlib. Vətəndaşlar smart-kartlarını yükləmək üçün «Bank Standard»ın istənilən filialına müraciət edə bilərlər.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» 1995-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 15 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR