Bank Of Baku

Avropa Birliyi üçün yeni “Marşall planı” hazırlanır

Avropa Birliyi üçün yeni “Marşall planı” hazırlanır
# 30 aprel 2012 14:36 (UTC +04:00)
APA-Economics”in beynəlxalq KİV-ə istinadən xəbərinə görə, plan birlik ölkələrinin iqtisadiyyatına 200 mlrd. avroya qədər investisiya qoyulmasını nəzərdə tutur.

İnvestisiyaların əsasən infrastruktur, bərpa olunan enerji və qabaqcıl texnologiyalar sahələrinə yatırılması planlaşdırılır. Vəsaitlər Avropa İnvestisiya Bankı, eləcə də Avropa Maliyyə Sabitliyi Mexanizminin təminatı ilə özəl investorlar tərəfindən ayrılacaq.

Yerli mətbuatın “Marşall planı” adlandırdığı bu planın AB-nin iyunun 28-29-da Brüsseldə keçiriləcək sammitində qəbul olunacağı gözlənilir.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra ABŞ dövlət katibi Corc Marşallın hazırladığı plan əsasında Avropa iqtisadiyyatı bərpa olunub. “Marşall planı” 1948-ci ilin aprelində qüvvəyə minib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR