Bank Of Baku

«Bank Standard» «ISIC katla Uğurlu Gələcək» adlı müştərək layihəyə başlayıb

«Bank Standard» «ISIC katla Uğurlu Gələcək» adlı müştərək layihəyə başlayıb
# 01 may 2012 09:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Standard» QSC «Vətəndaş Cəmiyyətində Debat» İctimai Birliyi ilə birgə «ISIC katla Uğurlu Gələcək» adlı müştərək layihəyə start verib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhərində yerləşən 20 ali məktəbi əhatə edəcək bu layihə çərçivəsində peşəkar təlimçilərin iştirakı ilə gənclər üçün master-klassların, «Facebook» sosial şəbəkəsində ən yaxşı işgüzar şəkil müsabiqəsi vasitəsilə uğur qazanmış şəxsin müəyyən olunması üçün internet aksiyasının keçirilməsi nəzərdə tutulur.

Müsabiqənin qalibi «Bank Standard»dan ISIC kart (beynəlxalq tələbə bileti) əldə etməklə yay məktəbində iştirak etmək hüququnu qazanacaq.

Bundan başqa, «Bank Standard»dan əldə olunan ISIC kartların həm mövcud, həm də potensial sahibləri arasında müsabiqə keçiriləcək. Sahib olduğu kartın surətini və şəxsiyyət vəsiqəsini təqdim edib ərizə formasını doldurmaqla tələbələr avtomatik olaraq yay məktəbinə qəbulun müsahibədən ibarət olan ikinci mərhələsinə keçəcəklər. Finalçılardan 5 nəfər tələbə «Bank Standard»ın dəstəyi ilə yay məktəbində iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR