Bank Of Baku

Avropa Birliyi ölkələrinə daha 10 mlrd. avro yardım ayrılacaq

Avropa Birliyi ölkələrinə daha 10 mlrd. avro yardım ayrılacaq
# 01 may 2012 09:41 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Birliyi (AB) ölkələrinə yardım üçün daha 10 mlrd. avro vəsait ayrılacaq. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Avropa Qrupunun prezidenti Jan Klod Yunker açıqlama verib.

Onun sözlərinə görə, Avropa İnvestisiya Bankının təkrar kapitallaşmasına 10 mlrd. avro ayrılacaq ki, nəticədə bankın kredit qabiliyyətliliyi artacaq: “Bu isə Avropa iqtisadiyyatına müsbət təsir göstərəcək”.

Jan Klod Yunker qeyd edib ki, iqtisadi artım yalnız AB ölkələrinin büdcələrinin konsolidasiyası hesabına əldə olunmamalıdır: “İqtisadi artımın templərini artıran tədbirlərə daha çox diqqət yetirmək lazımdır”.

Avropa İnvestisiya Bankının təkrar kapitallaşmasına 10 mlrd. avro ayrılması bankın kredit qabiliyyətliliyini 60 mlrd. avroya, investisiya imkanlarını isə 180 mlrd. avroya çatdıracaq.

Qeyd edək ki, Avropa Komissiyası da AB üçün genişmiqyaslı investisiya planı hazırlayır. “Yeni Marşall planı” adlandırılan bu sənədin AB-nin iyunun 28-29-da Brüsseldə keçiriləcək sammitində qəbul olunacağı gözlənilir. Plan birlik ölkələrinin iqtisadiyyatına 200 mlrd. avroya qədər investisiya qoyulmasını nəzərdə tutur.

Xatırladaq ki, İkinci Dünya müharibəsindən sonra ABŞ dövlət katibi Corc Marşallın hazırladığı plan əsasında Avropa iqtisadiyyatı bərpa olunub. “Marşall planı” 1948-ci ilin aprelində qüvvəyə minib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR