Azərbaycan Beynəlxalq Bankının Məlumat Mərkəzinə 15 minə yaxın müraciət daxil olub
Mərkəz texniki imkanlarına görə müştəriləri və potensial müştəriləri bankla bağlı müxtəlif mövzularda - bankın məhsul və xidmətləri, xidmət şəbəkəsi, cari kampaniyalar və s. haqda məlumatlandırır. Burada yaradılan “Call-Center” xidməti vasitəsilə müraciətlərin 8018-i operator tərəfindən, qalanı isə günün 24 saatı ərazində fəaliyyət göstərən İnteraktiv Səsli Cavablama (İVR - İnteractive Voice Response), yəni elektron operator tərəfindən cavablandırılıb. Hazırda Mərkəzə daxil olan müraciətlərin sayı günbəgün artmaqdadır. Müqayisə üçün qeyd etmək olar ki, mərkəzə daxil olan müraciətlərin sayı oktyabr ayına nisbətən aprel ayında 2,4 dəfə artıb.
Aprel ayının sonuna olan statistikaya görə, operator tərəfindən qəbul olunan ümumi müraciətlərin 27,4%-i bank kartları, 25,8%-i əmanətlər, 10,4%-i hesab haqqında, 9%-i xidmət şəbəkəsi, 6,9%-i kredit məhsulları, 5,4%-i elektron bankçılıq, 5,3%-i pul köçürmələri, 4,6%-i hesabların açılması ilə əlaqədar mövzuları əhatə edib.
Məlumat Mərkəzinin yaradılması ilə müştərilərə göstərilən xidmət səviyyəsini yüksəltməklə müştəri-bank münasibətlərinin daha sıx şəkildə qurulması, müştərilərin tələbatlarını vaxtında müəyyən edərək bankın məhsul və xidmətlərini daha da təkmilləşdirmək, yenilərini yaratmaq, bununla da müştərilərin bank əməliyyatlarının aparılmasında rahatlığını təmin etmək ABB qarşısında duran əsas hədəflərdən biridir.
Eyni zamanda ABB Məlumat Mərkəzi müştərilər tərəfindən yaranan sualların dərhal cavablandırılması və müştərilərin xidmət alma rahatlığını düşünərək bankın internet səhifəsində xüsusi elektron poçt ünvanı [email protected] yaradılıb ki, bu da müştərilərə ölkənin, hətta dünyanın istənilən yerindən bütün növ bank xidmətləri və məhsulları barədə məlumat alma imkanı qazandırır. Bu isə xaricdə yaşayan və bankla əməkdaşlıq qurmaq istəyən potensial müştərilər üçün ən əlverişli vasitələrdən biridir.
Məlumat Mərkəzi layihəsi çərçivəsində bankın fəaliyyəti, xidmətlərin səviyyəsi və ya bankın məhsulları barədə təklif və ya iradları olanlar üçün də xüsusi bölmə ayrılıb. Belə ki, Məlumat Mərkəzinə zəng edib müvafiq bölməni seçərək müştəri özü barədə qısa məlumat verdikdən sonra təklif və ya iradlarını sistemin yaddaşına göndərə bilər. Sistem yaddaşına köçürülən təklif və ya iradlar mərkəzin əməkdaşları tərəfindən dərhal araşdırılır.
Həmçinin bank müştərilərə Məlumat Mərkəzinə zəng edərək operatora qoşulmaqla hesabları haqqında məlumat əldə etmək imkanı yaradıb. Bu xidmətdən istifadə etmək üçün müştəri ona xidmət göstərən ABB-nin filial və ya şöbəsinə yaxınlaşaraq müvafiq formanı doldurmalıdır. Bundan sonra müştəri telefon vasitəsilə eyniləşdirilməsi üçün istifadə edilən 6 rəqəmli “TPIN” kodla (Telephone Personal Identification Number) təmin edilir. Bu xidmət pulsuzdur.
Qeyd edək ki, müştərilər həftənin bütün günləri 24 saat ərzində stasionar telefonlardan (012) 437-79-00 və mobil operatorlardan (“Azercell”, “Bakcell” və “Narmobile-Azerfone”) *2265 (*BANK) nömrəsinə zəng edərək Məlumat Mərkəzinə qoşula bilərlər.
Maliyyə
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Xəbər Lenti
Rusiya XİN vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi tövsiyə edib
Venesuelada zəlzələdə ölənlərin sayı 600-ə çatıb, 3000-ə yaxın yaralı var - VİDEO - YENİLƏNİB-4
Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub
“Kristal” “City Garden Narimanov” layihəsində yeni mərhələni satışa təqdim etdi - Faizsiz kredit və ipoteka imkanları!
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov APA İnformasiya Agentliyinə müsahibə verib - ANONS
DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib - FOTO
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Baş katib: Ermənistanın MDB-dən çıxmasından söhbət getmir, təşkilatda qalacaqlar
Avropa Komissiyasının Prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib
MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib, Ermənistan yüksək səviyyəli nümayəndə göndərməyib - FOTO
Rusiya ilə Ukrayna arasında “160-ın 160-a” formatında əsir mübadiləsi olub
Abşeronda 122 motoxuliqan saxlanılıb - VİDEO
DİN: İtkin düşən 6 nəfər tapılıb
Kür və Araz çaylarında sululuq artacaq, subasma halları ehtimal olunur - XƏBƏRDARLIQ
Bastrıkin Rusiyada 12 yaşından cinayət məsuliyyətinin tətbiqi ideyasından danışıb
Cənubi Koreya İran və ABŞ arasında əldə olunmuş razılaşmanı alqışlayır
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Yanacaq böhranı yaşanan Krım və Sevastopolda fövqəladə vəziyyət elan edilib
"Neftçi" Vernidubla müqavilənin müddətini uzadıb
Kreml ABŞ-ı Ukrayna münaqişəsinin həllində tamamilə neytral vasitəçi hesab etmir
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbçilərin yürüşü keçirilib - FOTO - YENİLƏNİB
Lavrov Rubionun Alyaskadakı danışıqlar barədə sözlərinə cavab verib
Azərbaycan Ordusu – müstəqilliyin, suverenliyin və milli iradənin rəmzi - TƏHLİL
Moldova səfiri Rusiya XİN-ə çağırılıb, nota təqdim edilib
Bakıya və rayonlara leysan yağacaq - SABAHIN HAVASI
Həştərxanın vitse-qubernatoru: Biz Azərbaycanın dostlarıyıq və hər zaman onun yanındayıq
Sumqayıtda “Vida yeri-Lələtəpə” sənədli filminin təqdimatı keçirilib - FOTO
Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Rusiya nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub - FOTO
Duma Rusiyanın müdafiəsini sarsıdan korrupsioner məmurlar üçün ölüm hökmü tətbiq etmək istəyir
Türkiyə MN Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
Ukrayna Rusiyaya kütləvi dron hücumu edib, 700-dən çox PUA vurulub
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
Xüsusi nümayəndə: Azərbaycan Ordusu NATO standartları ilə yüksək səviyyədə qarşılıqlı uyarlılığa sahibdir
Səfir: Britaniya Azərbaycanla tərəfdaşlığı daha da gücləndirməkdə qərarlıdır
ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Azərbaycan nefti bahalaşıb
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib - FOTO
Naxçıvanda hərbi orkestrin müşayiəti ilə yürüş başlayıb - FOTO