Bank Of Baku

Bəzi avtomobillərin Azərbaycana idxalının dayandırılması Dövlət Gömrük Komitəsi üçün büdcə proqnozunun icrasında problem yaratmayacaq

Bəzi avtomobillərin Azərbaycana idxalının dayandırılması Dövlət Gömrük Komitəsi üçün büdcə proqnozunun icrasında problem yaratmayacaq
# 01 may 2012 13:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Rusiya istehsalı olan minik avtomobillərinin Azərbaycana idxalının dayandırılması Dövlət Gömrük Komitəsi tərəfindən büdcə proqnozunun yerinə yetirilməsində problem yaratmayacaq. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, bu avtomobillərin ölkəyə idxalının dayandırılması ilə bağlı xüsusi hesablamalar aparılmayıb. «Avtomobil almaq istəyən şəxs Rusiya istehsalı olan avtomobil tapmadığı halda digər dövlətin istehsal etdiyi, təhlükəsizlik baxımından yeni qaydalara cavab verən avtomobili əldə edəcək. Buna görə də inanmıram ki, büdcə proqnozunun yerinə yetirilməsində hər hansı bir problem yaransın», - deyə Komitə sədri qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR