Bank Of Baku

Azərbaycanın pərakəndə ticarət üzrə mal ehtiyatları indeksi artıb

Azərbaycanın pərakəndə ticarət üzrə mal ehtiyatları indeksi artıb
# 01 may 2012 14:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektləri üzrə mal ehtiyatları indeksi 2012-ci ilin mart ayı üçün 99,6% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici fevral ayı ilə müqayisədə 3,2 faiz bəndi artıb.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında olan mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır. İndeksin artması mal qalıqlarının artım tempinin yüksəlməsini göstərir, onun 100%-dən az olması isə mal qalığının əvvəlki ayla müqayisədə azalmasını əks etdirir. Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2012-ci il martın 1-nə 185,5 mln. manat, aprelin 1-nə isə 184,7 mln. manat təşkil edib.

Pərakəndə ticarət şəbəkələrində mal qalıqlarının azalması iki amillə bağlı ola bilər. Birincisi, ticarətin artması, ikincisi isə mal təchizatının zəifləməsi ilə əlaqədardır. Mart ayında pərakəndə ticarətin dövriyyəsi 900,3 mln. manat təşkil edib ki, bu da fevrala nisbətən 24,8% çoxdur. Beləliklə, mart ayında pərakəndə ticarət obyektlərində olan mal ehtiyatları indeksinin artması ticarət dövriyyəsinin artması ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR