Bank Of Baku

Azərbaycan «ECO Bank»a üzv olur

Azərbaycan «ECO Bank»a üzv olur
# 02 may 2012 08:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan yaxın vaxtlarda «ECO Bank»a üzv olmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu hazırda Bakıda səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) baş katibinin müavini Fatih Ünlü bildirib.

Onun sözlərinə görə, artıq «ECO Bank»ın rəhbərliyi bununla bağlı müsbət qərar qəbul edib və yaxın vaxtlarda tərəflər arasında üzvlüklə bağlı müvafiq sənəd imzalanacaq.

Qeyd edək ki, «ECO Bank»ın mənzil-qərargahı İstanbulda yerləşir və təşkilat əsasən infrastruktur layihələri, həmçinin idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycan dövlətinin bu bankda iştirak payı 10 mln. ABŞ dolları təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR