Bank Of Baku

BVF: Azərbaycan bank sisteminin effektivliyi artırılmalıdır

BVF: Azərbaycan bank sisteminin effektivliyi artırılmalıdır
# 02 may 2012 09:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan hökumətinə Beynəlxalq Bankın (ABB) nizamnamə kapitalında dövlətə məxsus iştirak payını özəlləşdirməyi tövsiyə edir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan BVF-nin ölkə üzrə missiyasının rəhbəri Nadim İlahi bildirib: «Son dövrdə Azərbaycan hökuməti Beynəlxalq Banka ciddi dəstək göstərib. Lakin Bankın hazırkı mərhələdə fəaliyyəti qeyri-effektivdir və onun özəlləşdirilməsi vacibdir».

BVF rəsmisinin sözlərinə görə, hazırda ekspertlər ABB-nin özəlləşdirilməsinin hansı formada və hansı vaxt ərzində aparılmasının düzgünlüyünü araşdırır və bu istiqamətdə danışıqlar aparılır. Məsələnin bu ilin sonunda və ya gələn ilin əvvəlində həll olunacağı gözlənilir.

N.İlahi həmçinin bildirib ki, ABB-nin ölkənin bank sistemində dominantlığı nəzərə alınaraq, Bankın ölçülərinin bir qədər azaldılması tələb olunur: «Çünki əks halda bu, bütövlükdə Azərbaycanın bank sisteminə mənfi təsir göstərə bilər. Bununla yanaşı dövlət ölkənin bank sistemində effektivliyi artırmalıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR