Bank Of Baku

BVF Azərbaycan Mərkəzi Bankına üzən məzənnə siyasətinə keçməyi tövsiyə edir

BVF Azərbaycan Mərkəzi Bankına üzən məzənnə siyasətinə keçməyi tövsiyə edir
# 02 may 2012 09:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan Mərkəzi Bankı (AMB) ilə ölkədə həyata keçirilən pul-kredit siyasəti üzrə müzakirələr aparır. «APA-Economics»in məlumatına görə, bunu BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahi bildirib.

N.İlahi qeyd edib ki, müzakirələr çərçivəsində BVF Mərkəzi Banka məzənnə siyasətində manatın dollara birbaşa bağlanmasından imtina etməyi və üzən məzənnə siyasətinə keçməyi tövsiyə edir. N.İlahi bu məsələdə müsbət misal kimi Rusiya təcrübəsini göstərib.

Qeyd edək ki, Mərkəzi Bankın 2011-ci il üzrə Pul siyasəti İcmalında deyilir ki, 2011-ci il ərzində AMB özünün məzənnə siyasətini yeni əməliyyat mexanizmi çərçivəsində və valyuta bazarında təklif mənbələrinin genişlənməsi şəraitində həyata keçirib. Belə ki, 2011-ci ilin əvvəlindən Mərkəzi Bank özünün məzənnə siyasətini dəhliz daxilində dollar/manat ikitərəfli məzənnəsinin hədəflənməsi çərçivəsində həyata keçirməyə başlayıb. Kommunikasiya baxımından əlverişli olmaqla yanaşı bu mexanizm həm də Mərkəzi Bankın uzunmüddətli perspektivdə sərbəst üzən məzənnə rejiminə keçmək imkanlarını artırır. Göründyü kimi, AMB artıq üzən məzənnə siyasətinə keçməyi düşünür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR