Bank Of Baku

BVF: Bu il Azərbaycanda iqtisadi artım 3%, inflyasiya isə 5%-dək olacaq - FOTO

BVF: Bu il Azərbaycanda iqtisadi artım 3%, inflyasiya isə 5%-dək olacaq - <font color=red>FOTO</font>
# 02 may 2012 09:19 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahi Bakıya səfərinin yekunlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycanda yaxın müddət üçün iqtisadi perspektivlər bütövlükdə müsbət qiymətləndirilir. Ötən il qeyri-neft sektorunda inkişaf tempi yüksək səviyyədə olub və 9-9,5% təşkil edib. «Bu il isə qeyri-neft iqtisadiyyatının 6% artacağı proqnozlaşdırılır. Bu da çox yaxşı göstəricidir», - deyə Fond rəsmisi vurğulayıb.

BVF-nin missiya rəhbəri qeyd edib ki, ötən il Azərbaycanın neft hasilatında təxminən 10% azalma müşahidə olunub: «Bu il neft hasilatında əhəmiyyətli dərəcədə dəyişiklik gözlənilmir. Qeyri-neft sektoru hesabına ölkədə ÜDM-in 3% artacağı gözlənilir».

N.İlahi qeyd edib ki, ötən il büdcə xərclərinin az olması və hökumətin inflyasiyanın səviyyəsinə diqqət yetirməsi səbəbindən Azərbaycanda inflyasiya aşağı səviyyədə olub. Bu il də bu göstəricinin 5%-dən çox olmayacağı gözlənilir: «İnflyasiya həmçinin dövlətin iqtisadi siyasətindən asılıdır. Ehtiyatlı büdcə-vergi siyasəti yaxın müddətdə makroiqtisadi sabitliyin qorunub saxlanması üçün həlledici rol oynayacaq. Əsaslı xərcləri məhdudlaşdırmaqla qeyri-neft büdcə kəsirinin azaldılması 2012-ci ildə inflyasiya səviyyəsini azaltmağa kömək edər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR