Bank Of Baku

BVF-nin missiya rəhbəri Nadim İlahi: «Azərbaycan büdcə-vergi siyasətinə dəyişiklik etməlidir» - FOTO

BVF-nin missiya rəhbəri Nadim İlahi: «Azərbaycan büdcə-vergi siyasətinə dəyişiklik etməlidir» - <font color=red>FOTO</font>
# 02 may 2012 09:39 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) ölkə üzrə missiyasının rəhbəri Nadim İlahi bildirib.

Onun sözlərinə görə, Azərbaycan üçün büdcə gəlirlərinin davamlılığını təmin etmək vacibdir və bu istiqamətdə addımlar atılmalıdır: «Hökumət bizim bu tövsiyə ilə razıdır. BVF Azərbaycanın neftin qiymətindən asılı olmayaraq, büdcə xərclərini artırmayacağı barədə qərarını alqışlayır».

N.İlahi qeyd edib ki, ümumiyyətlə, Azərbaycanın büdcə-vergi siyasətinə dəyişiklik edilməlidir: «Azərbaycanın fiskal mövqeyi bir qədər dəyişməlidir. Ölkənin qeyri-neft büdcə kəsiri yüksəkdir. Ona görə də xərclər azaldılmalı, qeyri-neft sektorundan gəlirlər artırılmalıdır».

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) fəaliyyətinə münasibət bildirən missiya rəhbəri ARDNF-in peşəkar idarə edildiyini söyləyib: «Dünyada müxtəlif fondlar mövcuddur və onlar bazardan asılı olaraq investisiya istiqamətlərini dəyişir. ARDNF-in son dəyişiklikləri investisiya portfelinin diversifikasiyası üçün edilib ki, bu da normaldır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR