Bank Of Baku

Proqnoz: Avropadakı maliyyə böhranının Azərbaycana təsiri güclü olmayacaq

Proqnoz: Avropadakı maliyyə böhranının Azərbaycana təsiri güclü olmayacaq
# 02 may 2012 09:44 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) ölkə üzrə missiyasının rəhbəri Nadim İlahi bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Avropanın iqtisadiyyatları bir o qədər sıx əlaqəli deyil: «Azərbaycana 2008-ci ilin böhranının təsiri dolayı yolla, o cümlədən Rusiya vasitəsilə, neftin qiymətinin azalması və s. səbəblərdən olub».

N.İlahi qeyd edib ki, BVF hazırda Avropadakı böhranın Azərbaycan iqtisadiyyatı üçün birbaşa təsirini gözləmir: «Bu böhran Azərbaycana dolayı yolla təsir etsə, Azərbaycan bunun öhdəsindən gələ biləcək. Belə ki, Azərbaycan Dövlət Neft Fondunun və Mərkəzi Bankın ehtiyatları kifayət qədərdir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR