Bank Of Baku

Bakıda AKİA ilə Asiya İnkişaf Bankının nümayəndə heyəti arasında görüş keçirilib

Bakıda AKİA ilə Asiya İnkişaf Bankının nümayəndə heyəti arasında görüş keçirilib
# 19 may 2012 12:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-AEconomics. Bakıda Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) ilə Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyəti arasında görüş keçirilib. AKİA-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə tərəflər arasında kredit təşkilatlarının üzləşdiyi çətinliklər və bunların aradan qaldırılması yolları, habelə Azərbaycanda kredit ittifaqları şəbəkəsinin genişləndirilməsi və aqrar sektorun inkişafı haqqında geniş fikir mübadiləsi aparılıb. Tədbirdə kredit ittifaqlarının gələcək perspektivləri, xüsusən aqrar istehsalın artırılması üçün bu tipli mikro-kreditləşmənin imkanları və bu sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
AİB-in maliyyə sektoru üzrə baş mütəxəssisi Yurqen Konrad Azərbaycandakı fəaliyyəti və gələcək dövr üçün nəzərdə tutulan tədbirlər haqqında məlumat verib və bankın Azərbaycan maliyyə-kredit sektoru ilə əməkdaşlıq perspektivləri haqqında danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR