Bank Of Baku

Azərbaycan Astana İqtisadi Forumunda iştirak edəcək

Azərbaycan Astana İqtisadi Forumunda iştirak edəcək
# 21 may 2012 07:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Mayın 22-24-də Astanada (Qazaxıstan) V Astana İqtisadi Forumu keçiriləcək.
Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycanı ölkənin maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Forum çərçivəsində mayın 23-də MDB-yə üzv olan ölkələrin maliyyə nazirlərinin daimi fəaliyyət göstərən Müşavirəsinin 6-cı iclası da keçiriləcək.
İclasda MDB-yə üzv olan ölkələrin maliyyə və iqtisadi vəziyyəti, dövlətlərin Maliyyə Nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun həyata keçirilməsi üçün fəaliyyət planı, cari qlobal qeyri-sabitlik fonunda maliyyə riskləri və digər məsələlər müzakirə olunacaq, gələcək əməkdaşlıq hədəfləri müəyyənləşdiriləcək.
Qeyd edək ki, MDB dövlətləri maliyyə nazirlərinin daimi fəaliyyət göstərən Müşavirəsi vəziyyəti öyrənmək və böhrana qarşı tədbirlər hazırlamaq üçün 2008-ci il oktyabrın 10-da üzv dövlətlərin hökumət başçılarının qərarı ilə yaradılıb. Qurumun ilk iclası 2008-ci il oktyabrın 21-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR