Bank Of Baku

Fransa Almaniya maliyyə nazirinin Avropa Qrupunun rəhbəri seçilməsinin əleyhinə çıxıb

Fransa Almaniya maliyyə nazirinin Avropa Qrupunun rəhbəri seçilməsinin əleyhinə çıxıb
# 21 may 2012 08:13 (UTC +04:00)
Bakı - APA-Economics. Fransa Almaniyanın maliyyə naziri Volfhanq Şoyblenin Avropa Qrupunun rəhbəri seçilməsinin əleyhinə çıxıb.

APA-Economics”in “Der Spiegel” jurnalına istinadən xəbərinə görə, Fransua Olland Fransa prezidenti seçildikdən sonra rəsmi Parisin mövqeyində dəyişiklik baş verib.

Yeni prezident artıq bununla bağlı Avropa Birliyinin rəhbərliyini məlumatlandırıb. O hesab edir ki, Volfhanq Şoyble Avropa Qrupunun rəhbəri postunda Lüksemburqun baş naziri Jan Klod Yunkeri əvəzləsə, Almaniya hökumətindəki vəzifəsindən mütləq istefa verməlidir.

Ekspertlərin fikrincə, Almaniya kansleri Angela Merkel indiyədək həll olunmuş sayılan V.Şoyblenin təyinatı məsələsini gerçəkləşdirmək üçün Fransaya güzəştlərə getməli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR