Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti seçilib
# 21 may 2012 08:13 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, ötən həftə AYİB-in Londonda keçirilən illik toplantısında bankın yeni prezidentinin seçilməsinə dair səsvermə keçirilib ki, səsvermədə namizədliyini AYİB-in hazırkı prezidenti Tomas Mirov da irəli sürüb. O, bu vəzifədə 2008-ci ildən çalışır.

Səsvermədə qalib gəlmək üçün namizəd 65 səhmdarın yarısından az olmamaq şərti ilə dəstəyini qazanmalı idi ki, onlar AYİB-in kapitalının 50%-ni təşkil etməli idi. Səsvermənin nəticəsi olaraq AYİB-in yeni prezidenti vəzifəsinə Böyük Britaniya vətəndaşı olan Suma Çakrabarti (Suma Chakrabarti) seçilib. S.Çakrabarti bu vəzifəni tutan ilk Britaniya vətəndaşı olub. Belə ki, bundan öncə ənənəvi olaraq qərargahı Londonda yerləşən AYİB-in prezidenti vəzifəsinə bu ölkənin vətəndaşı seçilmirdi və əvvəllər bu vəzifəni Fransa və Almaniya vətəndaşları tutub.

Qeyd edək ki, S.Çakrabartinin 53 yaşı var. O, hazırda Böyük Britaniya Ədliyyə Nazirliyinin daimi katibi vəzifəsində çalışır. Bundan öncə isə S.Çakrabarti Beynəlxalq İnkişaf Nazirliyinin işçisi olub.

S.Çakrabarti yeni vəzifəsinin icrasına iyulun 3-də başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR