Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» müştərilər üçün səyahət paketi hazırlayıb

«Azərbaycan Sənaye Bankı» müştərilər üçün səyahət paketi hazırlayıb
# 21 may 2012 08:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi üçün Mədəniyyət və Turizm Nazirliyi, «Mastercard» və «Millikart»la birgə «Baku Card» adlı səyahət paketi hazırlayıb.
Bankın baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, bu səyahət paketinə Bakının tarixi yerlərini əhatə edən kitabça, xəritə və eyni zamanda milli valyutada olan ön ödəməli kart daxildir.
«Baku Card»a həmçinin turistlər öz istəklərinə uyğun olaraq qabaqcadan müəyyən olunmuş satış və yükləmə məntəqələrində əlavə vəsaitlər daxil edə bilərlər. Bu kartı əldə edənlər Bakının tarixi, görməli yerləri barədə, həmçinin Bakının xəritəsini əldə etmək, nağd valyutanın vəsait və çeklərə nisbətdə daha sərfəli məzənnələrlə dəyişmək imkanı, 100-ə yaxın müxtəlif satış və xidmət məntəqələrində 10% endirim əldə etmək, təhlükəsiz və rahat ödəniş vasitəsi əldə etmək, Azərbaycan ərazisində və xaricdə ödəniş etmək imkanından faydalana bilərlər.
Bankın İdarə Heyətinin sədr müavini Cenk Bartinin sözlərinə görə, «Baku Card» səyahət paketi yalnız xarici ziyarətçilər üçün nəzərdə tutulmayıb, ondan Azərbaycan vətəndaşları da istifadə edə bilər. Bu kartla «Park Bulvar» və məşhur brendlərdən ibarət 100-ə yaxın müxtəlif satış və xidmət məntəqələrində endirim əldə etmək olar.
Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə yaradılıb. Bankın ölkə üzrə 9 filialı, 1 şöbəsi, 34 bankomatı və 421 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR