Bank Of Baku

Azərbaycanda problemli kreditlərin həcmi son bir ildə 22% artıb

Azərbaycanda problemli kreditlərin həcmi son bir ildə 22% artıb
# 21 may 2012 10:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprelin 1-i vəziyyətinə Azərbaycanın kredit təşkilatları tərəfindən iqtisadiyyatın inkişafına 10 263,2 mln. manat həcmində kredit vəsaitləri yönəldilib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 22,6% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşunun 33,4%-i dövlət, 64%-i özəl banklar, 2,6%-i isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib.

Verilmiş kreditlərin 7 292,4 mln. manatını uzunmüddətli kreditlər, 2 970,8 mln. manatını qısamüddətli kreditlər təşkil edib.

Qeyd edək ki, hesabat dövründə ödənilmə vaxtı keçmiş kreditlərin həcmi isə 21,6% artaraq 663,9 mln. manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR