Bank Of Baku

Praqada fərdi bankçılıqla bağlı beynəlxalq konfrans keçiriləcək

Praqada fərdi bankçılıqla bağlı beynəlxalq konfrans keçiriləcək
# 21 may 2012 13:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 7-8-də Praqada (Çexiya) Mərkəzi və Şərqi Avropa və MDB-də fərdi bankçılığa həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

«APA-Economics»in məlumatına görə, Avropanın aparıcı bankların iştirakı ilə keçiriləcək bu tədbirdə əsas mövzu banklar tərəfindən varlı müştərilərə xidmətlərin göstərilməsi və xüsusi bank məhsulları olacaq.

Təqdimatlarla yanaşı konfrans çərçivəsində həmçinin fərdi bankçılıq sahəsində mütəxəssislərlə danışıqlar təşkil olunacaq. Konfrans təşkilatçılarının fikrincə, hazırda fərdi bankçılığın inkişafı və təkmilləşdirilməsinə ciddi zərurət var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR