Bank Of Baku

Azərbaycanda kredit götürənlərə zamin duranların sayı 450 minə çatıb

Azərbaycanda kredit götürənlərə zamin duranların sayı 450 minə çatıb
# 21 may 2012 14:30 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) xidmətlərindən 42 bank və 14 bank olmayan kredit təşkilatı (BOKT) istifadə edib.

Reyestrdən «APA-Economics»ə verilən məlumata görə, yanvar-mart aylarında reyestrə 151 694, o cümlədən bank olmayan kredit təşkilatları tərəfindən 5 417 sorğu daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə MKR-ə edilən sorğuların sayı 60% artıb.

MKR-in məlumatlarından aydın olur ki, öz kredit tarixçəsi ilə maraqlanan ölkə vətəndaşlarının sayı getdikcə artmaqdadır. Bu ilin I rübündə öz kredit hesabatını əldə etmək üçün MKR-ə 364 şəxs müraciət edib ki, bu müraciətlərin də 108-i araşdırma məqsədi daşıyır.

Hesabat dövründə MKR-də haqqında məlumat toplanan borcalanların sayı 1 237 526-ya, kredit məlumatlarının sayı isə 3 098 040-a çatıb. Reyestrdə qeydiyyata alınan zaminlərin sayı isə 447 523 nəfər olub.

Xatırladaq ki, 2005-ci ildə fəaliyyətə başlayan MKR-ə 2005-ci ildə 319, 2006-cı ildə 5 302, 2007-ci ildə 12 966, 2008-ci ildə 13 260, 2009-cu ildə 74 393, 2010-cu ildə 257 045, 2011-ci ildə 503 163 sorğu göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR