Bank Of Baku

«Atəşgah Sığorta» şirkəti Bakıda keçirilən sərgidə 13 rəsm əsərini 1 mln. dollar məbləğində sığortalayıb

«Atəşgah Sığorta» şirkəti Bakıda keçirilən sərgidə 13 rəsm əsərini 1 mln. dollar məbləğində sığortalayıb
# 21 may 2012 14:54 (UTC +04:00)
Bak. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti «Yarat» Müasir İncəsənət Məkanı İctimai Birliyinin təşkil etdiyi sərgidə təqdim olunan 13 rəsm əsərini sığortalayıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, Müasir İncəsənət Muzeyində açılan «Birləşən körpülər» adlı sərgi çərçivəsində nümayiş etdirilən xarici müəlliflərin əsərləri 1 mln. ABŞ dolları məbləğində sığortalanıb. Bu, Sara Lukas, Olimpia Skarri, Nil Klements, Corc Yanq, Enni Morris və digər tanınmış rəssamların müəllifi olduğu rəsm əsərləridir.

Rəsm əsərləri bütün risklərdən, o cümlədən yanğın, partlayış, subasma, zəlzələ, oğurluq, üçüncü şəxslərin qərəzli hərəkətləri, vandalizm aktlarından sığortalanıb.

Qeyd edək ki, sərgi iyunun 15-dək davam edəcək.

Xatırladaq ki, «Atəşgah Sığorta» şirkəti 1996-cı ildə təsis edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR