Bank Of Baku

İslam İnkişaf Bankı Azərbaycanda su təchizatı layihələrinə kredit ayıracaq - FOTO

İslam İnkişaf Bankı Azərbaycanda su təchizatı layihələrinə kredit ayıracaq - <font color=red>FOTO</font>
# 21 may 2012 15:06 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın regionlarında su və kanalizasiya sistemlərinin yenidən qurulması “Azərsu” ASC rəhbərliyinin İslam İnkişaf Bankının (İİB) nümayəndələri ilə görüşündə müzakirə edilib.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, «Azərsu» rəhbərliyinin İİB-in Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşündə İİB ilə “Azərsu” ASC arasında 6 rayonda - Astara, Daşkəsən, Samux, Gədəbəy, Qazax və Tərtər rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə maliyyələşmə məsələləri müzakirə edilib.

“Azərsu” ASC-nin xarici sərmayələr üzrə sədr müavini İlqar Tağıyev İİB-in Azərbaycanda həyata keçirilən investisiya layihələrində yaxından iştirakını xatırladaraq, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında bankın əməkdaşlığını yüksək qiymətləndirib.

Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirən İİB-in nümayəndə heyətinin rəhbəri Papa Sy təmsil etdiyi qurumun su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinə dəstək verməkdə maraqlı olduqlarını bildirib.

ASC-dən bildirilib ki, keçirilən görüşlərdə kredit sazişinin şərtləri razılaşdırılacaq və səfərin sonunda Azərbaycan hökuməti ilə İİB arasında kredit sazişi imzalanacaq. Layihəyə əsasən Astara, Daşkəsən, Samux, Gədəbəy, Qazax və Tərtər rayonlarında ümumilikdə 320 min nəfər keyfiyyətli və dayanıqlı içməli su ilə təmin ediləcək, həmin şəhərlərin kanalizasiya sistemləri yenidən qurulacaq. İşlərin qısa müddətdə icra olunması üçün “Azərsu” ASC kreditin ayrılmasını gözləməyərək İİB-in razılığı ilə Azərbaycan hökumətinin vəsaiti hesabına həmin şəhərlər üzrə layihə işlərini həyata keçirib. Bu layihənin icrası əhalinin içməli suya olan tələbatının yaxşılaşdırmaqla yanaşı, 7 minə qədər yeni iş yerinin açılmasına imkan yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR