Bank Of Baku

«Thames Insurance Group»a müddətsiz lisenziya verilib

«Thames Insurance Group»a müddətsiz lisenziya verilib
# 22 may 2012 10:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi «Thames Insurance Group» sığorta şirkətinin fəaliyyətinə müddətsiz lisenziya verib.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, əvvəllər verilmiş lisenziyanın fəaliyyət müddətinin başa çatması ilə əlaqədar, «Thames Insurance Group» ASC-yə Maliyyə Nazirliyinin müvafiq əmri ilə 2012-ci ilin may ayının 18-də sığorta fəaliyyətinə müddətsiz lisenziya verilib.

Qeyd edək ki, «Thames Insurance Group» 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 5,8 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR